Aktual.az xəbər verir ki, bu barədə Rusiya Teleqram kanallarında məlumat yayılıb.
Məlumata görə, Ukrayna ordusunun sıralarında xidmət edən Yuri Çikatilo Xarkov istiqamətində gedən döyüşlərdə öldürülüb.
Onun 2022-ci ildən döyüşdüyü bildirilir.
Qeyd edək ki, Andrey Çikatilo SSRİ ərazisində 1978-ci ildən 1990-cı ilədək 53 qətl hadisəsi törədib. Onun siyahısında 14 qız uşağı, 17 qadın var. Məhkəmənin qərarı ilə 1994-cü ildə edam edilib.