AZ

Tramp Rusiya-Ukrayna münaqişəsi ilə bağlı taktikasını dəyişəcək

“Yaxın iki həftə ərzində dünya Ukraynadakı müharibənin bitib-bitməyəcəyini öyrənəcək”.

“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp açıqlamasında deyib.

O həmçinin əlavə edib ki, hər iki tərəfi danışıqlar masasına oturtmaq üçün fərqli taktikalardan istifadə etməli olacaq: “Bundan sonra taktikamızı dəyişməli ola bilərik”.

Tramp Ukrayna Prezidenti Volodimir Zelenski haqqında da əlavə edərək belə deyib: “Zelenski çox yaxşı görünürdü. O, var gücü ilə vuruşur. Bu, çətin müharibədir”.

Seçilən
25
7
qafqazinfo.az

9Mənbələr