ain.az bildirir, Qol.az saytına əsaslanaraq.
"Fiorentina"nın hücumçusu Edin Dzeko yeni uğura imza atıb.
QOL.az xəbər verir ki, o, Konfrans Liqasının seçmə mərhələsinin pley-off mərhələsinin "Polissya" ilə ilk oyununda iştirak etməklə nail olub. 39 yaşlı forvard 70-ci dəqiqədə meydana çıxıb.
Dzeko üçün bu matç peşəkar karyerasında 1034-cü olub.
Bu nəticə ilə Dzeko 1033 oyun keçirən əfsanəvi braziliyalı Dani Alveşi geridə qoyub və 21-ci əsrin ən çox oyun keçirən futbolçuları arasında "10-luq"da yer alıb.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.