AZ

Azərbaycandan Çinə ixrac 4 dəfədən çox artıb

2025-ci ilin yanvar-iyul aylarında Azərbaycanın Çin ilə ticarət dövriyyəsinin ümumi həcmi 2024-cü ilin eyni dövrünə nisbətdə 26,78 faiz artaraq 2,5 milyard dolları üstələyib.

Yenisabah.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ticarət dövriyyəsindəki artım təqribən 528,57 milyon dollar təşkil edib.

Belə ki, Azərbaycandan Çinə ixrac 53,2 milyon dollar (+4,59 dəfə), Çindən Azərbaycana idxal 2,04 milyard dollar (+24.81 faiz) təşkil edib. Dominos pizza

Cari ilin ilk 7 ayının nəticələrinə əsasən, ölkənin ümumi ticarət dövriyyəsində Çin ilə ticarətin payı 8,68 faiz təşkil edib ki, bu da bir il öncəki göstəricidən 1,34 faiz bəndi çoxdur.


Telegram kanalımız
Seçilən
0
2
yenisabah.az

4Mənbələr