AZ

Zelenski Rusiyanı ittiham etdi - müharibəni bitirmək istəmir - Yenilənib

Rusiya müharibəni bitirmək istəmir, o, ultimatumlar vermək, müharibənin bitməsini təxirə salmaq istəyir...

"Report" Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski avqustun 22-də NATO-nun baş katibi Mark Rütte ilə birgə mətbuat konfransında bildirib.

"Rusiya müharibəni bitirmək istəmir. O, ultimatumlar vermək, ultimatumlar sayəsində bu müharibənin bitməsi imkanını təxirə salmaq istəyir", - V.Zelenski bildirib.

O qeyd edib ki, Rusiya tərəfi ABŞ Prezidenti Donald Trampın sanksiyalar tətbiq etməməsi üçün hər şeyi edir.

V.Zelenski, həmçinin ABŞ-nin Ukrayna üçün təhlükəsizlik zəmanətinə qoşulmasının vacibliyini vurğulayıb.

***

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya hakimiyyətinin onun Putinlə görüşünün baş tutmaması üçün əlindən gələni etdiyini deyib.

APA xəbər verir ki, Zelenski bu fikirləri bu gün NATO Baş katibi Mark Rutte ilə birgə mətbuat konfransında bildirib.

“Biz ruslarla görüşə hazırıq, ancaq birbaşa üçtərəfli formatda görüş daha arzuolunandır”, - deyə Zelenski vurğulayıb.

Daha sonra o, əlavə edib ki, Ukraynanın ruslarla heç bir razılaşması olmayıb.

“Razılaşma yalnız Trampla olub və bu gün o, Putini dayandıra biləcək yeganə adamdır”, – Zelenski qeyd edib.

Poliqon.info

Seçilən
112
50
poliqon.info

10Mənbələr