AZ

Azərbaycan millisinin oyunlarının vaxtı müəyyənləşdi

17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan komandasının Avropa çempionatının seçmə mərhələsində keçirəcəyi oyunlarının tarixi müəyyənləşib.

Sportinfo.az AFFA-nın saytına istinadən xəbər verir ki, B Liqasının 1-ci qrupunda yer alan millimiz oktyabrın 24-də Uels, 27-də Kosovo, 30-da isə Moldova yığması ilə qarşılaşacaq. Matçlar Moldovada təşkil olunacaq.

Oyunların başlanma saatı və stadionu ilə bağlı daha sonra məlumat veriləcəyi bildirilib.

Seçilən
89
26
sportinfo.az

10Mənbələr