AZ

Xarici bazarlara meyvə tərəvəz ixracımız artıb

ain.az xəbər verir, Azpost saytına əsaslanaraq.

Bu ilin yanvar-iyul aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə qoz-fındıq ixracı 33,1%, sitrus meyvələri ixracı 54%, alma, armud və heyva ixracı 53,6%, ərik, albalı, gilas, şaftalı ixracı 33%, nar ixracı 37,7%, digər meyvələrin ixracı isə 76,2% artıb.

Bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, eyni dövrdə ötən ilin yanvar-iyul ayları ilə müqayisədə ümumi tərəvəz məhsullarının ixracında 22,6% artım qeydə alınıb.

O cümlədən, bu ilin ilk 7 ayı ərzində ölkəmizdən xarici bazarlara kartof ixracı həcm olaraq 46,8%, pomidor ixracı 22,8%, qarpız və qovun ixracı 2 dəfədən çox artıb.

“Artım təkcə tərəvəz və bostan məhsullarının həcmində deyil, ixrac dəyərində də öz əksini tapır. Kartof ixracından gəlir dəyər ifadəsində (ABŞ dolları ilə) 37,5% artıb, pomidor ixracı üzrə bu artım 12,4%, qarpız və qovun ixracı üzrə isə 86,4% təşkil edib”, – məlumatda qeyd edilib.

AzPost.az

Paylaş

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
29
9
azpost.info

10Mənbələr