Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri Anri Oxanaşvili Baş nazir İrakli Kobaxidze ilə məsləhətləşmələrdən sonra vəzifəsindən istefa verib.
"Unikal" xəbər verir ki, o bu barədə "Facebook"da bildirib.
Bu vəzifədə təxminən 5 ay qalan Oxanaşvili Kobaxidzenin milli təhlükəsizlik məsələləri üzrə müşaviri vəzifəsini tutmaq niyyətində olduğunu qeyd edib.
Baş nazir isə bildirib ki, Gürcüstan DTX-nin yeni rəhbəri hakim partiyanın icraçı katibi Mamuka Mdinaradze olacaq: "Biz cənab Mamuka Mdinaradzenin namizədliyini Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri vəzifəsinə Gürcüstan parlamentinə təqdim edəcəyik".
Ağarza Elçinoğlu