AZ

Pentaqonun kəşfiyyat rəhbəri vəzifəsindən azad edildi

ABŞ-nin müdafiə naziri Pit Heqset Pentaqonun Kəşfiyyat İdarəsinin rəhbəri general-leytenant Cefri Kruzu vəzifəsindən azad edib.

"Unikal" xəbər verir ki, bu barədə "Washington Post" yazıb. 

Qəzet yazır ki, hələlik general Kruzun dəqiq hansı səbəbdən vəzifədən azad edildiyi məlum deyil. Ola bilsin ki, o, sadəcə olaraq Heqsetin etibarını itirib. Pentaqon və Kruzun kəşfiyyat bölməsi bu xəbəri şərh etməyib. 

Qeyd olunur ki, Kruz milli təhlükəsizlik sistemində genişmiqyaslı kadr təmizləməsi nəticəsində tutduğu vəzifədən məhrum edilən sonuncu yüksək rütbəli hərbçi olub. 

Ağarza Elçinoğlu

Seçilən
64
1
unikal.az

10Mənbələr