BAKI, 24 avqust. TELEQRAF
Kanada Ukraynaya 1 milyard ABŞ dolları dəyərində pilotsuz uçuş aparatları, sursat və zirehli texnika göndərəcək.
Teleqraf xəbər verir ki, bu barədə Kanadanın Baş naziri Mark Karni bu gün Kiyevdə Ukraynanın Müstəqillik Günü münasibətilə keçirilən tədbirlərdə çıxışı zamanı deyib.
“Kanada əlavə olaraq 2 milyard dollar hərbi yardım ayırmağı vəd edib. Bu gün qürurla bildirirəm ki, həmin vəsaitdən 1 milyard dollardan çoxu Ukraynanın silah arsenalını gücləndirməküçün dronların, sursatların və zirehli texnikanın tədarükünə yönəldiləcək”, – Baş naziri əlavə edib.
Onun sözlərinə görə, göstərilən hərbi yardım artıq gələn aydan etibarən Ukraynaya çatdırılacaq.