AZ

Moskvada “Uşaq aləmi” mağazasında partlayış olub

Moskvada mərkəzində Lubyanka meydanında yerləşən Mərkəzi Uşaq Mağazasında (“Uşaq aləmi”) partlayış baş verib. 

AzEdu.az TASS-a istinadən xəbər verir ki, ilkin məlumata görə, hadisə nəticəsində bir nəfər ölüb, azı üç nəfər yaralanıb.

Fövqəladə xidmətlərin məlumatına əsasən, partlayışa binanın bir mərtəbəsində şarların doldurulması üçün istifadə edilən qaz balonunda sızma səbəb olub. Hadisə yerinə yanğınsöndürənlər və xilasedicilər cəlb edilib.

Partlayışdan sonra ticarət mərkəzindən ziyarətçilər və işçilər təxliyə olunub.

Hazırda hadisə ilə bağlı araşdırma aparılır.

Seçilən
22
9
azedu.az

8Mənbələr