Bakıda 2 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusda sürücü və sərnişin arasında insident yaşanıb.
“Qafqazinfo” Bu barədə Publika.az-ın hadisə yerində olan əməkdaşı xəbər verir.
Saat 20:00 radələrində tərəflər arasında yaranan mübahisə əlbəyaxa davaya çevrilib.
Mübahisəyə səbəb sərnişinin kartı oxutmadan əyləşməsi olub. Sürücünün bununla bağlı xəbərdalığına sərnişin aqressiv rekasiya verib.
Daha sonra onlar bir-birinə yumruq atıblar. Məsələyə polis müdaxilə edib.
Hazırda hər iki şəxsin vəziyyəti yaxşıdır.