AZ

Azərbaycan millisinin kapitanı Türkiyə klubunda

Azərbaycanın qadınlardan ibarət millisinin kapitanı Sevinc Cəfərzadə klubunu dəyişib.

Sportinfo.az xəbər verir ki, son olaraq Rusiya "Karanodar"ında çıxış edən hücumçu karyerasını Türkiyədə davam etdirəcək.

O, “Yüksekova”ya keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Tərəflər arasında 1 illik müqavilə imzalanıb.

S.Cəfərzadə Azərbaycanın qadınlardan ibarət əsas millisinə 2010-cu ildən dəvət alır.

Seçilən
157
27
sportinfo.az

10Mənbələr