AZ

İsrail İordan çayının qərb sahilində yüzlərlə ağacı kökündən çıxardı

İsrail hakimiyyəti İordan çayının qərb sahilində yüzlərlə ağacı kökündən çıxarmaq üçün buldozerlərdən istifadə edib.

Publika.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının ingilisdilli “Arab News” qəzeti məlumat yayıb.

Hadisə rayonun Əl-Muğayir kəndində baş verib. Mövcud məlumatlara görə, məhv edilən ağacların əksəriyyəti İordan çayının qərb sahilinin iqtisadiyyatı və mədəniyyəti üçün son dərəcə əhəmiyyətli olan zeytun ağacları olub.

Yerli kənd təsərrüfatı birliyinin rəhbəri vurğulayıb ki, İsrail hakimiyyəti bu cür hərəkətləri ilə yerli Fələstin əhalisini öz torpaqlarını tərk etməyə məcbur etmək istəyir.

Öz növbəsində İsrail Müdafiə Qüvvələrinin nümayəndələri baş verənləri Fələstin terrorizmi ilə mübarizə tədbirləri kimi izah ediblər.

Seçilən
31
1
publika.az

2Mənbələr