Bakıda "Qarabağ" və "Ferentsvaroş" komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununun təyinatları açıqlanıb.
Fanat.Az xəbər verir ki, görüşdə ədaləti Fransadan olan hakimlər briqadası qoruyacaq.
FIFA referisi Kleman Türpenə Nikolya Danos və Aleksis Auqer yardım edəcəklər. Dördüncü hakim funksiyasını Romen Lissorq yerinə yetirəcək.
VAR-da Jerom Brizar, AVAR-da Nikolya Renvil olacaq.
Qeyd edək ki, "Qarabağ" - "Ferentsvaroş" matçı avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:45-də start götürəcək. Səfərdə gerçəkləşən ilk oyunda "köhlən atlar" qələbə qazanıb - 3:1.