Güləş hakimi Əjdər Cəfərovun Azərbaycan Badminton Federasiyasında təyinatı baş tutub.
Yenisabah.az xəbər verir ki, o, Badminton Federasiyasının prezidenti Taleh Ziyadovun idman məsələləri üzrə müşaviri təyin olunub.
Ə. Cəfərov 2011-2016-cı illərdə Azərbaycan Güləş Federasiyasının baş katibi vəzifəsində çalışıb. İdman ustası, əməkdar məşqçi və olimpiya kateqoriyalı beynəlxalq hakimdir. 2010 - Sinqapur Yeniyetmələrin Yay Olimpiya Oyunları, 2012 - London Yay Olimpiya Oyunları və 2014-cü ildə keçirilən Nanjing Yeniyetmələrin Yay Olimpiya Oyunlarında hakimlik edib. pizza sifarişi
2012-ci ildə Prezidentin Sərəncamı ilə "Tərəqqi" medalı, Prezidentin Fəxri diplomu ilə təltif edilib.
Telegram kanalımız