AZ

İsa Həbibbəylinin qızı VƏZİFƏDƏN UZAQLAŞDIRILDI- SƏBƏB AÇIQLANDI

Ajans.az-ın əldə etdiyi məlumata əsasən,  Günay Mənsimova  Xırdalan şəhər 2 saylı Notariat Kontorunun rəisi olub.  Mövzunun əsl səbəbini  öyrənmək üçün   Ajans.az Ədliyyə Nazirliyinə sorğu ünvanlayıb.  Sorğumuza verilən cavabda bildirilib ki,  Günay Mənsimovanın notariat fəaliyyəti ilə peşəkarcasına məşğul olmaq üçün verilən şəhadətnamənin müddəti 2025-ci ilin avqust ayında bitmişdir. Əlavə olaraq da, deyilib ki,  Günay Mənsimovanın şəhadətnaməsinin müddəti növbəti dövr üçün uzadılmamışdır. Xatırladaq ki,  Günay Mənsimova  akademik, deputat İsa Həbibbəylinin qızıdır. Onun iş fəaliyyətində zidd və qanundankənar əməllər haqqında bir neçə dəfə mətbuatda yazılar verilib.   

Deputatın digər 2 oğlu da yüksək vəzifədə çalışır.

Seçilən
3
5
Ajans.az

10Mənbələr