Unikal.az saytından alınan məlumata görə, ain.az bildirir.
Abşeron rayonu, Türkan qəsəbəsində içməli su istehsalı müəssisəsində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) monitorinq keçirib.
"Unikal" xəbər verir ki, bu barədə AQTA-dan məlumat verilib. Bildirilib ki, 19 litrlik qablaşdırılmış sudan götürülmüş nümunənin müayinəsi nəticəsində uyğunsuzluq aşkarlanıb.
Bununla əlaqədar müəssisədə keçirilmiş plandankənar yoxlama zamanı temperaturun monitorinqi və qeydiyyatının aparılmadığı, havalandırma sisteminin quraşdırılmadığı, texnoloji ardıcıllıq prinsipinin pozulduğu, müvafiq təmizlik işlərinin görülmədiyi müəyyən edilib.
Aşkarlanmış uyğunsuzluq, eləcə də sanitar-gigiyenik və sanitar-texniki nöqsanlarla bağlı müəssisənin fəaliyyəti müvəqqəti dayandırılıb, rəhbəri barəsində inzibati protokol tərtib olunub. Araşdırmalar davam etdirilir.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.