AZ

Türkiyəli nazir sürət həddini aşdı: Cərimə yazıldı

Oxu.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğluna Ankara-Niğde avtomobil yolunda radar cəriməsi yazılıb.

Oxu.Az-ın xəbərinə görə, bu barədə Abdulkadir Uraloğlu öz "X" hesabında paylaşım edib.

Nazir Ankara-Niğde yolunda avtomobil idarə edərkən görüntülərini paylaşıb. Uraloğlunun paylaşımında avtomobilin sürətinin 225 km/saata çatması diqqət çəkib. Bu sürət pozuntusundan sonra ona magistral jandarma tərəfindən radar cəriməsi kəsilib.

"Ankara-Niğde magistral yolunun hazırkı vəziyyətini yoxlamaq üçün sükan arxasına keçdim. Bu əsnada fərqində olmadan sürət həddini qısa müddətlik də olsa keçmişəm. Müvafiq video ilə də özümü ələ vermiş oldum. Sürət həddinə riayət etmək hər kəs üçün məcburi haldır. Magistral jandarmamız tərəfindən də lazımi intizam tədbirləri görülüb. İctimaiyyətə bildirmək istəyirəm ki, bundan sonra daha diqqətli davranacağam", - deyə nazir paylaşımda yazıb.

Əldə edilən məlumata görə, Abdulkadir Uraloğlu sürət həddini 50 faizdən çox keçdiyi üçün 9 267 lirə (təxminən 384 manat) cərimələnib.

Ankara - Niğde Otoyolu’nun son durumunu görmek amacıyla direksiyona geçtim. Bu esnada farkında olmadan hız sınırını kısa bir süre de olsa aştım. İlgili video ile de kendimi ihbar etmiş oldum.Hız sınırlarına riayet etmek herkes için zorunlu bir durumdur.Otoyol Jandarmamız… https://t.co/RRTv7lYfIe pic.twitter.com/A9bkUeKSPS

— Abdulkadir URALOĞLU (@a_uraloglu) August 24, 2025

Türkülerle Ankara-Niğde Otoyolu hatırası… ??Yorulduğumuzda Sn. Cumhurbaşkanımızdan ilham alıyor, “Yeterince çalışmadık” diyerek yolumuza devam ediyoruz…#TürkiyeHızlanıyor ?? pic.twitter.com/iGToOlTpfD

— Abdulkadir URALOĞLU (@a_uraloglu) August 24, 2025

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
31
7
oxu.az

8Mənbələr