AZ

İsa Həbibbəylinin qızı vəzifədən azad edildi

Abşeron rayon 2 saylı notariat ofisinin xüsusi notariusu Günay Mənsimova vəzifəsindən azad edilib.

Sitat.info xəbər verir ki, Ədliyyə Nazirliyindən Ajans.az-a G.Mənsimovaya notariat fəaliyyəti ilə peşəkarcasına məşğul olmaq üçün verilən şəhadətnamənin müddətinin 2025-ci ilin avqust ayında bitdiyi bildirilib.

Həmçinin qeyd edilib ki, G.Mənsimovanın şəhadətnaməsinin müddəti növbəti dövr üçün uzadılmayıb.

G.Mənsimova Azərbaycan Milli Elmlər Akademiyasının (AMAA) prezidenti, akademik İsa Həbibbəylinin qızıdır.

Deputatın digər 2 oğlu da yüksək vəzifədə çalışır.

Seçilən
0
22
sitat.info

10Mənbələr