AZ

PFL rəsmisi Qazaxıstan - Uels oyununa təyinat aldı

Peşəkar Futbol Liqasının (PFL) icraçı-direktoru Zaur Hacı-Məhərrəmov dünya çempionatının (DÇ-2026) seçmə mərhələ oyununa təyinat alıb.

Arena.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, Hacı-Məhərrəmov 2026-cı ildə baş tutacaq dünya çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 4-də keçiriləcək Qazaxıstan – Uels oyununun UEFA nümayəndəsi olacaq.

Qarşılaşma Astana şəhərində yerləşən “Astana Arena”da baş tutacaq.

Seçilən
44
4
arena.az

10Mənbələr