AZ

MİQ-də müsahibə: Daha 869 namizəd sorğu-sual olundu

Müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin müsahibə mərhələsi bu gün də davam edib.

Təhsil İnstitutu nəzdində İnsan Resursları Mərkəzindən Bizim.Media-ya verilən məlumata görə, bu gün - 25 avqust tarixində ibtidai sinif, kimya, Azərbaycan dili, ingilis dili, informatika və tarix fənləri üzrə müsahibələr təşkil edilib.

Müsahibələrin dördüncü gününə 869 nəfər dəvət olunub.

Xatırladaq ki, namizədlər şəxsi səhifələrində qeyd olunan tarixdə müsahibə mərhələsində iştirak etmədiyi halda bu, tutduğu vakant yerdən imtina kimi qeydə alınacaq və həmin namizədlərin müddətli müqavilə ilə işə qəbul turlarında iştirakı təmin olunmayacaq.

Bizim.Media

Seçilən
45
12
bizim.media

10Mənbələr