AZ

Tramp Müharibə Nazirliyi yaratmaq istəyir

ABŞ Prezidenti Donald Tramp Müdafiə Nazirliyinin adını Müharibə Nazirliyi adlandıra bilər.

 

Modern.az-ın məlumatına görə, o, bu barədə jurnalistlərə açıqlamasında deyib.

 

Bildirib ki, müdafiə departamentin işinin bir hissəsidir və onun içində hücum da var. "Ancaq mən dəyişəcəyimizi düşünürəm. Müharibə Nazirliyi olanda bizim inanılmaz bir qələbə tariximiz var idi”,- deyə Tramp əlavə edib.

 

Qeyd edək ki, Müharibə Nazirliyi 1789-cu ildə Corc Vaşinqton tərəfindən yaradılıb. O, 1947-ci ildə o vaxtkı prezident Harri Truman tərəfindən yenidən təşkil edilənədək mövcud olub. 1949-cu ildə Müdafiə Nazirliyi adlandırılıb.

Seçilən
33
5
modern.az

6Mənbələr