AZ

Taleh Qaraşov sakinlərin qayğı və problemlərini dinlədi - FOTOLAR

Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov təqvim planına uyğun olaraq növbəti səyyar görüş-qəbulunu Səpnəkəran, Mikolan və Yuxarı Yüvədi kəndlərinin sakinləri ilə keçirib.

"Unikal" xəbər verir kİ, səyyar görüş-qəbulda rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar təşkilatların və xidmət sahələrinin rəhbər işçiləri də iştirak ediblər.

Taleh Qaraşov bildirib ki, vətəndaşla dövlət qurumları arasında birbaşa dialoqun hamı üçün əlçatan olması, vətəndaşların müraciətlərinə yerində baxılması və qaldırılan məsələlərin həssaslıqla araşdırılaraq həllindən ötrü operativ tədbirlərin görülməsi istiqamətində səyyar görüş-qəbullar mühüm əhəmiyyətə malikdir. Onun sözlərinə görə, vətəndaş dövlət məmuru ilə birbaşa və maneəsiz dialoq qurmaqla onu narahat edən məsələləri rayon rəhbərliyinə söyləyə bilir ki, bu, vətəndaş məmnunluğunun təmin olunması, habelə mövcud nöqsan və çatışmamazlıqların aradan qaldırılması baxımından istər zaman, istərsə də operativlik baxımından önəm kəsb edir.

Səyyar görüşdə Səpnəkəran kənd inzibati ərazi dairəsinin sakinləri tərəfindən qaldırılan bütün müraciət və təkliflər diqqətlə dinlənilib, obyektiv qaldırılan və yerli icra hakimiyyətinin səlahiyyətlərinə aid olan bütün məsələlərin həlli ilə bağlı yerindəcə səlahiyyətli şəxslərə göstəriş və tövsiyələr verilib, yerli icra hakimiyyətinin səlahiyyətlərinə aid olmayan məsələlər barədə aidiyyəti qurumlara rəsmi müraciətlərin ünvanlanması tapşırılıb.

Açıq dialoq mühitində keçən səyyar görüş-qəbulda Səpnəkəran, Mikolan və Yuxarı Nüvədi kəndlərinin sakinləri yerli əhali tərəfindən qaldırılan problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.

Seçilən
28
34
unikal.az

10Mənbələr