AZ

"Arsenal" "Jirona"nın müdafiəçisini transfer etmək istəyir

"Arsenal" "Jirona"nın müdafiəçisi Arnau Martinezlə maraqlanır.

Operativ Media xəbər verir ki, bu haqda "Footmercato" məlumat yayıb.

Mənbənin məlumatına görə, ingilis klubu 22 yaşlı ispan üçün səkkiz milyon avro, əlavə olaraq iki milyon avro təklif edib.

2024/25 mövsümündə Martinez bütün yarışlarda 39 matçda 3 qol vurub və 3 məhsuldar ötürmə edib. Onun müqaviləsi 30 iyun 2027-ci ilə qədərdir.

"Transfermarkt" futbolçunun transfer dəyərini 10 milyon avro qiymətləndirir.

Seçilən
0
1
operativmedia.az

10Mənbələr