AZ

"Napoli" "Mançester Yunayted"in hücumçusunu heyətinə qatmaq istəyir

İtaliya çempionu "Napoli" "Mançester Yunayted"dən danimarkalı hücumçu Rasmus Hoylundu icarəyə götürməkdə maraqlıdır.

Operativ Media xəbər verir ki, bu haqda insayder Fabrizio Romano məlumat yayıb.

Məlumata görə, artıq tərəflər danışıqlara başlayıb.

Rasmus Hoylund 2023-cü ildən Mançester klubunda çıxış edir, 95 oyunda 26 qol vurub və 6 məhsuldar ötürmə verib. Onun "Mançester Yunayted"lə müqaviləsi 2028-ci ilin iyun ayına qədərdir.

"Transfermarkt" Rasmus Hoylundun transfer dəyərini 35 milyon avro qiymətləndirir.

Seçilən
5
33
operativmedia.az

10Mənbələr