AZ

"Balotelli" "Real Madrid" klubunda oynamaq istəyir

"İnter", "Milan" və "Mançester Siti"nin sabiq hücumçusu Mario Balotelli etiraf edib ki, hələ də "Real Madrid"də oynamaq arzusundadır.

Operativ Media xəbər verir ki, 34 yaşlı italyan, "La Gazzetta dello Sport"a verdiyi müsahibədə, hələ əldə etməli olduğu bir şeyin olub-olmadığını soruşduqda, "Real Madriddə oynamaq" cavabını verib.

Balotellinin son klubu "Cenoa" olub. Klubla müqaviləsi 2025-ci il iyulun 1-də başa çatıb. 2024/25 mövsümündə hücumçu 6 matçda meydana çıxıb və qol vurmayıb.

Futbolçu Türkiyənin “Adana Dəmirspor”, “Sion”, “Monza”, “Breşiya”, “Lümedzane”, “Marsel”, “Nitsa” və “Liverpul” klublarında da çıxış edib.

"Transfermarkt" futbolçunun transfer dəyərini 500 min avro qiymətləndirir.

Seçilən
14
33
operativmedia.az

10Mənbələr