AZ

“Qarabağ” kolumbiyalı futbolçu ilə RAZILIĞA GƏLDİ

“Qarabağ” heyətini yeni futbolçu ilə gücləndirib.

Bizim.Media xəbər verir ki, Ağdam təmsilçisi kolumbiyalı sol vinger Kamilo Duranla anlaşıb.

23 yaşlı futbolçu yaxın günlərdə Bakıya gələcək.

Qeyd edək ki, Portuqaliyanın “Portimonense” klubundan transfer edilən Duran bir dönəm Kolumbiya U-20 millisinin də formasını geyinib. Duran ötən mövsüm Portuqaliya 2-ci liqasında 26 oyunda çıxış edib və 5 qol vurub.

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
46
2
bizim.media

10Mənbələr