AZ

Üzgüçülük üzrə “ASF Ganja Cup 2025” turniri keçiriləcək

Sentyabrın 13-ü və 14-ü Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi (ARGİN) ilə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BCC) dəstəyi, Azərbaycan Üzgüçülük Federasiyasının (ASF) təşkilatçılığı ilə Gəncə İdman Sarayında “ASF Ganja Cup 2025” turniri keçiriləcək.

Apasport.az xəbər verir ki, yarışda müxtəlif klubları təmsil edən 200-dən çox üzgüçü mübarizə aparacaq.

Xatırladaq ki, Gəncə şəhəri 3-cü MDB Oyunları zamanı üzgüçülük və bir sıra digər idman növlərinə ev sahibliyi edəcək. Mötəbər yarışların açılış və bağlanış mərasimləri müvafiq olaraq 28 sentyabr və 8 oktyabr tarixlərində Gəncə Şəhər Stadionunda baş tutacaq. Üzgüçülük yarışları isə 27 sentyabr – 2 oktyabr tarixləri arasında Gəncə İdman Sarayında keçiriləcək.

Gədəbəydə velosipedçilərlə görüş keçirilib - FOTO

Əhməddin Rəcəblinin 80 illik yubileyi qeyd olunub

Dövlət qurumlarının əməkdaşları arasında kamandan oxatma yarışı keçirilib - FOTO

Yığma komandalarımız Gədəbəydə təlim-məşq toplanışında iştirak edəcək - FOTO

Trek velosipedi üzrə Azərbaycan çempionatı keçirilib

Seçilən
16
7
apasport.az

10Mənbələr