AZ

“Qarabağ” yeni transferini açıqladı - RƏSMİ

"Qarabağ" hücum xətti üçün yeni transferini açıqlayıb.

Bizim.Media xəbər verir ki, klubun mətbuat xidmətinin yaydığı məlumata görə, Portuqaliyanın “Portimonense” klubu ilə aparılan danışıqlar uğurla nəticələnib və Kamilo Duran heyətə cəlb olunub.
 

Klubla 23 yaşlı kolumbiyalı arasında 3 illik müqavilə imzalanıb. Həm hücumda, həm də yarımmüdafiənin hər iki cinahında çıxış edən cənubi amerikalı “Qarabağ”da 17 nömrəli forma ilə çıxış edəcək.


Kolumbiyada “İndependente Medelyin” və Braziliyada “Flamenqo”nun gənclərdən ibarət komandalarında çıxış edən Duran Portuqaliyaya transfer olunub.

O, “Eştrela”nın U-23 komandasında, “Lusitaniya” və “Portimonense”də forma geyinib. Hücumçu Kolumbiyanın U-20 millisinin də üzvü olub.

Qeyd edək ki, "Qarabağ" bunadək 5 futbolçunu – Dani Bolt, Pedro Bikalyo, Kris Kuaku, Sami Mmae və Joni Montieli heyətinə qatıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
27
14
bizim.media

10Mənbələr