AZ

Günəşdə dörd güclü partlayış baş verdi

Günəşdə gün ərzində dördüncü partlayış baş verib.

 

Zenzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutu məlumat yayıb.

 

M1.0 (S21E26) sinifli partlayış Bakı vaxtı ilə saat 16:07-də rentgen diapazonunda qeydə alınıb. Onun müddəti 45 dəqiqə olub.

 

Bundan əvvəl M3.3, M1.3 və M4.5 sinifli partlayışlar baş verib.

 

Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası və Günəş-Yer Fizikası İnstitutunun alimləri gecə ərzində Günəşin aktivliyinin artdığını bildiriblər. Onlar ən yüksək X sinifli partlayışın baş verə biləcəyini istisna etmirlər.

 

Xatırladaq ki, Günəş partlayışları rentgen şüalanmasının gücünə görə beş sinifə bölünür: A, B, C, M və X. Burada A - ən zəif, X isə, ən güclü sinifdir. Hər sinif əvvəlkindən 10 dəfə güclüdür. M və X sinifli partlayışlar geomaqnit qasırğalarına, peyk rabitəsinə və naviqasiyaya təsir göstərə, həmçinin qeyri-adi enliklərdə şimal işıqları yarada bilir.

Seçilən
24
2
senzor.az

5Mənbələr