AZ

ÇL: Pley-off mərhələsinə yekun vurulur

UEFA Çempionlar Liqasında pley-off mərhələsinə bu gün yekun vurulacaq. 

Fanat.Az xəbər verir ki, ikinci oyun günündə 4 matç baş tutacaq.

Bir ayağı Liqa mərhələsində olan Azərbaycan çempionu "Qarabağ" da bu gün meydana çıxacaq. Qurban Qurbanovun baş məşqçisi olduğu "köhlən atlar" ötən həftə səfərdə 3:1 yendiyi Macarıstan çempionu "Ferentsvaroş"u qonaq edəcək. 

Bu gün həmçinin, Portuqaliya nəhəngi "Benfika" qardaş Türkiyə təmsilçisi "Fənərbağça"nı, "Kopenhagen" (Danimarka) "Bazel"i (İsveçrə), "Brügge" (Belçika) isə "Reyncers"i (Şotlandiya) sınağa çəkəcək. 

Bakıdakı qarşılaşma saat 20:45-də, günün qalan digər qarşılaşmaları eyni vaxtda  - 23:00-da başlayacaq. 

Bu mərhələnin nəticələrinə əsasən Çempionlar Liqasının Liqa mərhələsinin iştirakçılarının yekun siyahısı formalaşacaq.

UEFA Çempionlar Liqası
Pley-off mərhələsi, cavab oyunları
27 avqust

20:45. "Qarabağ" (Azərbaycan) - "Ferentsvaroş" (Macarıstan)
İlk oyun - 3:1.

23:00. "Benfika" (Portuqaliya) - "Fənərbağça" (Türkiyə)
İlk oyun - 0:0.

23:00. "Kopenhagen" (Danimarka) - "Bazel" (İsveçrə)
İlk oyun - 1:1.

23:00. "Brügge" (Belçika) - "Reyncers" (Şotlandiya)
İlk oyun - 3:1.

Seçilən
30
2
fanat.az

3Mənbələr