AZ

“Qarabağ”ın rəqibləri bu tarixdə bilinəcək

UEFA Çempionlar Liqasında Liqa mərhələsinə adlayan “Qarabağ”ın rəqiblərinin müəyyənləşəcəyi vaxt bəlli olub. SİA xəbər verir ki, yarışın Liqa mərhələsinin püşkü avqustun 28-də Monako şəhərində atılacaq.

Püşkatma mərasimi Bakı vaxtı ilə saat 20:00-da başlanacaq. Liqa mərhələsində “Qarabağ”ın 8 rəqibi olacaq. Ağdam təmsilçisi oyunlardan 4-nü evdə, 4-nü isə səfərdə keçirəcək. Xatırladaq ki, ÇL-in əsas mərhələsində 36 komanda iştirak edəcək.

Seçilən
38
4
sia.az

10Mənbələr