AZ

Kartinq üzrə beynəlxalq turnirin qalibi

Azərbaycanlı pilot Davin Cəfərov Portuqaliyanın Palmela şəhərində keçirilən kartinq üzrə beynəlxalq “Easykart Portugal Trophy” turnirində uğurla çıxış edib.

İdmançı uzunluğu 1270, eni 10 metr olan Beynəlxalq Kartodromo de Palmela trekində TaG Livre 125 kateqoriyası üzrə 140 xalla birinci olub.

Turnirdə Fransa, Böyük Britaniya, İspaniya, Portuqaliya, Anqola və Cənubi Afrika Respublikasından olan pilotlar iştirak ediblər.

Qeyd edək ki, D.Cəfərov oktyabrda İtaliyada keçiriləcək X30 kateqoriyasında “World Grand Final”da iştirak edəcək. O qitə çempionatında “BirelAreti” komandasının tərkibində Portuqaliyanı təmsil edəcək.

Qabil YUSİFOĞLU
XQ

 

Seçilən
48
13
xalqqazeti.az

10Mənbələr