AZ

Mourinyo 100 milyon avrodan çox təzminat alıb

ain.az, Azvision saytına istinadən bildirir.

AzVision.az xəbər verir ki, öz hesablamalarına əsaslanan “Record” qəzeti belə məlumat yayıb. Baş məşqçisi olduğu Türkiyənin “Fənərbağça” klubu Çempionlar Liqasının pley-off mərhələsində Portuqaliyanın “Benfika” komandasına uduzaraq, ümumi mərhələyə vəsiqə ala bilməyəndən sonra avqustun 29-da 62 yaşlı Mourinyo tutduğu vəzifədən çıxarılıb. Onunla bağlanan müqavilə vaxtından əvvəl pozulduğuna görə, Mourinyo 15 milyon avro məbləğində təzminat alacaq. Ümumilikdə isə, karyerası ərzində portuqaliyalı məşqçiyə verilən təzminatların ümumi məbləği 108 milyon avroya çatıb. “Roma”, “Çelsi” (iki dəfə), “Tottenhem”, “Real Madrid” və “Mançester Yunayted” klublarından uzaqlaşdırılandan sonra ona təzminatlar ödənilib. Bununla belə, Joze Mourinyo “Çelsi” klubu ilə üç dəfə İngiltərə çempionu və üç dəfə Liqa Kubokunun qalibi olub, İngiltərə Kubokunu və Super Kubokunu qazanıb. “Mançester Yunayted”lə isə Avropa Liqasında və İngiltərə Superkubokunda qalib gəlib. Məşhur məşqçi Çempionlar Liqasının ikiqat (“İnter” və “Porto” ilə), UEFA Kubokunun (“Porto” ilə), Konfrans Liqasının (“Roma” ilə) qalibi kiim tarixə düşüb. Mourinyo həmçinin Portuqaliya və İspaniya, habelə ikiqat İtaliya çempionudur. Sahil İsgəndərov

AzVision.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
126
27
azvision.az

10Mənbələr