AZ

Ağcabədidə fərdi təsərrüfatda yanğın oldu - Xəsarət alan var

Ağcabədi rayonunun Təzəkənd kəndində yanğın hadisəsi baş verib.

Bu barədə Bizim.Media-ya FHN-dən məlumat verilib.

Bildirilib ki, ümumi sahəsi 100 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və damına yığılan 16 ton ot bağlamasının 8 tonu yanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb.

Ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bizim.Media

Seçilən
37
15
bizim.media

10Mənbələr