AZ

Asim Xudiyev Belarus - Avstriya matçına təyinat aldı

Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev 21 yaşlıların (U-21) Avropa çempionatının seçmə mərhələ oyununa təyinat alıb.

Arena.az bu barədə UEFA-nın rəsmi saytına istinadən xəbər verir.

Belə ki, Xudiyev 21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Belarus – Avstriya görüşünün hakim-inspektoru olacaq.

Oyun sentyabrın 8-də Gürcüstanın Qori şəhərində yerləşən Tengiz Burcanadze adına stadionda baş tutacaq.

Seçilən
41
24
arena.az

10Mənbələr