1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
İtaliyanın "Kremoneze" klubu 38 yaşlı hücumçu Ceymi Vardini transfer etdiyini rəsmən açıqlayıb.
Oxu.Az xəbər verir ki, ingiltərəli futbolçu ilə müqavilə 30 iyun 2026-cı ilədək nəzərdə tutulub və müəyyən şərtlər yerinə yetirildiyi halda müddətinin uzadılması imkanı var.
Bu, Vardinin İngiltərədən kənarda çıxış edəcəyi ilk klubdur.
O, uzun illər "Lester" klubunun (2012-2025) formasını geyinib, bu komandada İngiltərə çempionluğu, ölkə kuboku və Superkuboku qazanıb.
Vardi daha əvvəl "Halifaks Taun" və "Flitvud Taun" klublarında da çıxış edib.