AZ

Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

Bakı.Trend:

Sentyabrın 2-də saat 14 radələrində Abşeron rayonu Sarayqəsəbəsi ərazisində Əminə Məlikovanın öldürülməsi barədə rayonprokurorluğuna məlumat daxil olub.

Trend xəbər verir ki, bu barədə Baş Prokurorluqməlumat yayıb.

Bildirilib ki, araşdırma zamanı 1967-ci il təvəllüdlü PərvizMəlikovun qardaşı arvadı 1972-ci il təvəllüdlü Əminə Məlikovayabıçaqla xəsarət yetirərək sonuncunu qəsdən öldürməsinə əsaslışübhələr müəyyən edilib.

Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.Pərviz Məlikov iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.

Məqalədə:
Seçilən
99
17
az.trend.az

10Mənbələr