AZ

Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutuldu

BAKI, 2 sentyabr. TELEQRAF

Sentyabrın 2-də saat 14 radələrində Abşeron rayonu Saray qəsəbəsi ərazisində Əminə Məlikovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Teleqraf-a Abşeron Rayon Prokurorluğundan bildirilib.

Məlumata görə, araşdırma zamanı 1967-ci il təvəllüdlü Pərviz Məlikovun qardaşı arvadı 1972-ci il təvəllüdlü Əminə Məlikovaya bıçaqla xəsarət yetirərək sonuncunu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Pərviz Məlikov iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.

Seçilən
25
11
teleqraf.com

10Mənbələr