AZ

Ağcabədidə 5 kiloqram marixuana satmaq istəyən şəxsi polis saxlayıb

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

Operativ Media xəbər verir ki, bu barədə DİN-nin mətbuat xidməti məlumat yayıb.

Tədbir zamanı əvvəllər məhkum olunmuş Süleyman Fətəliyev şübhəli şəxs qismində saxlanılıb. Ondan ümumilikdə 5 kiloqrama yaxın marixuana aşkarlanıb.
Araşdırma zamanı S.Fətəliyevin narkotik vasitəni satış məqsədilə əldə etdiyi müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Seçilən
16
16
operativmedia.az

10Mənbələr