AZ

Ağcabədidə 5 kiloqram marixuana satmaq istəyən şəxs tutulub (VİDEO)

Bakı. Trend:

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotikvasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, tədbir zamanıəvvəllər məhkum olunmuş Süleyman Fətəliyev şübhəli şəxs qismindəsaxlanılıb.

Ondan ümumilikdə 5 kiloqrama yaxın marixuana aşkarlanıb.

Araşdırma zamanı S.Fətəliyevin narkotik vasitəni satış məqsədiləəldə etdiyi müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı iləsaxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Seçilən
38
13
az.trend.az

10Mənbələr