Bakı. Trend:
Sentyabrın 3-də Azərbaycan Respublikası Mərkəzi Bankının dəstəyiilə Azərbaycan Fintex Assosiasiyasının (AzFina) təşkilatçılığı vəPashaPay-in sponsorluğu ilə “Fintex Üfüqləri Forumu” keçirilib.
Trend xəbərverir ki, forum ölkənin fintex ekosistemində aparıcı şirkətləri biraraya gətirərək, AniPay (Ani Ödənişlər Sistemi – AÖS) və HökumətÖdəniş Portalının, o cümlədən QR ödənişlərin imkanları, rəqəmsaltransformasiya istiqamətləri və maliyyə xidmətlərinin gələcəyi üzrəmüzakirə platforması təqdim edib.
Forumun əsas məqsədi rəqəmsal ödənişlərin tətbiqinisürətləndirmək və maliyyə texnologiyalarında innovasiyanıstimullaşdırmaq olub. 2024-cü ildə nağdsız əməliyyatların 66%artması, AniPay-in ölkənin rəqəmsal iqtisadiyyatındakı önəmini dahada aktuallaşdırıb.
Tədbir çərçivəsində iştirakçılar AÖS infrastrukturu üzərindəqurulmuş innovativ ödəniş məhsulları, yeni tənzimləmə tələblərinəuyğun xidmət modelləri və 24/7 fəaliyyət göstərən sistemlərəəsaslanan biznes həlləri üzərində işləyiblər. Məqsəd, mövcudtexnologiyanı daha effektiv istifadə etməklə, real bazarehtiyaclarına cavab verən praktik modellər hazırlamaq olub. Uğurluhəllər təklif edən komandalara sertifikatlar təqdim olunub.