AZ

Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət millisi İslandiya ilə görüşdə qələbəyə sevindi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət millisi "Slovenia Nations Cup" yoldaşlıq turnirinə qələbə ilə başlayıb.
Oxu.Az xəbər verir ki, Sloveniyada təlim-məşq toplanışında olan komanda ilk oyununu İslandiya yığmasına qarşı keçirib.
"Preddvor" stadionunda keçirilən görüş Elxan Abdullayevin yetirmələrinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Millinin heyətində Ziya Şəkərxanov (46-cı dəqiqə) və Şahin İbrahimov (55-ci dəqiqə) fərqləniblər.
Qeyd edək ki, U-19 millimiz beynəlxalq turnir çərçivəsində növbəti oyununu sentyabrın 6-da Farer adaları yığmasına qarşı keçirəcək.
Anar Həsənov
Seçilən
18
20
oxu.az

10Mənbələr