AZ

Qarabağda Azərbaycan QHT lərinin Əməkdaşlıq Forumu keçiriləcək

GlobalInfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Artıq 3-cü ildir ki, Azərbaycan QHT-lərinin geniş müzakirə platforması olan illik toplantısı – Əməkdaşlıq forumları təşkil olunur. 2023-cü ilin noyabrında Bakıda Heydər Əliyev Mərkəzində, 2024-cü ilin iyununda Zəngilanda Konqres Mərkəzində analoji forumlar keçirilib. Şərqi Zəngəzurdan sonra növbəti forum bu dəfə Qarabağda olacaq.

Globalinfo.az xəbər verir ki, bu barədə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin ictimaiyyətlə əlaqələr üzrə meneceri Ülviyyə Qarayeva bildirib. O qeyd edib ki, forum “Konstitusiya və Suverenlik İli”nə həsr olunacaq.

Ü.Qarayeva QHT-lərin VI İnkişaf və Mübadilə Proqramına da ciddi hazırlıq görüldüyünü vurğulayaraq deyib: “Bundan əvvəlki proqramlar Mingəçevir, Naftalan, Bakı, Naxçıvan və Şamaxıda keçirilib. İlk dəfə bu proqramın azad edilmiş ərazilərdə təşkili nəzərdə tutulur”.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
21
10
globalinfo.az

10Mənbələr