AZ

Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu bu bölgədə KEÇİRİLƏCƏK

Ajans.az xəbər verir ki, bu barədə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin ictimaiyyətlə əlaqələr üzrə meneceri Ülviyyə Qarayeva bildirib.  Onun sözlərinə görə, forum "Konstitusiya və Suverenlik İli"nə həsr olunacaq. Ü.Qarayeva QHT-lərin VI İnkişaf və Mübadilə Proqramına da ciddi hazırlıq görüldüyünü diqqətə çatdırıb: "Bundan əvvəlki proqramlar Mingəçevir, Naftalan, Bakı, Naxçıvan və Şamaxı şəhərlərində keçirilib. Yəni ilk dəfədir ki, proqramın azad edilmiş ərazilərdə təşkili nəzərdə tutulur". Xatırladaq ki, Azərbaycan QHT-lərinin geniş müzakirə platforması hesab edilən illik toplantısı - Əməkdaşlıq Forumu artıq üç ildir təşkil olunur.

Tədbir 2023-cü ilin noyabrında Bakıda Heydər Əliyev Mərkəzində, 2024-cü ilin iyununda Zəngilanda yerləşən Konqres Mərkəzində keçirilib. 

Seçilən
36
11
Ajans.az

10Mənbələr