AZ

QHT lər Qarabağa toplaşacaq Böyük Forum keçiriləcək

Modern.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

“Artıq 3-cü ildir ki, Azərbaycan QHT-lərinin geniş müzakirə platforması olan illik toplantısı – Əməkdaşlıq Forumları təşkil olunur. 2023-cü ilin noyabrında Bakıda Heydər Əliyev Mərkəzində, 2024-cü ilin iyununda Zəngilanda Konqres Mərkəzində analoji forumlar baş tutub. Şərqi Zəngəzurdan sonra növbəti forum bu dəfə Qarabağda olacaq”.Modern.az xəbər verir ki, bu barədə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin ictimaiyyətlə əlaqələr üzrə meneceri Ülviyyə Qarayeva bildirib.O deyib ki, forum “Konstitusiya və Suverenlik İli”nə həsr ediləcək. Ü.Qarayeva QHT-lərin VI İnkişaf və Mübadilə Proqramına da ciddi hazırlıq görüldüyünü bildirib:“Bundan əvvəlki proqramlar Mingəçevir, Naftalan, Bakı, Naxçıvan və Şamaxıda keçirilib. İlk dəfə bu proqramın azad edilmiş ərazilərdə təşkili nəzərdə tutulur”.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
18
11
modern.az

10Mənbələr