AZ

Yaxın vaxtlarda Qarabağda Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu keçiriləcək

Artıq 3-cü ildir ki, Azərbaycan QHT-lərinin geniş müzakirə platforması olan illik toplantısı - Əməkdaşlıq Forumları təşkil olunur. 2023-cü ilin noyabrında Bakıda Heydər Əliyev Mərkəzində, 2024-cü ilin iyununda Zəngilanda Konqres Mərkəzində analoji forumlar baş tutub. Şərqi Zəngəzurdan sonra növbəti forum bu dəfə Qarabağda olacaq.

Trend-in xəbərinə görə, bu barədə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin ictimaiyyətlə əlaqələr üzrə meneceri Ülviyyə Qarayeva açıqlama verib.

O bildirib ki, forum "Konstitusiya və Suverenlik İli"nə həsr ediləcək.

 

Ü.Qarayeva QHT-lərin VI İnkişaf və Mübadilə Proqramına da ciddi hazırlıq görüldüyünü bildirib:

"Bundan əvvəlki proqramlar Mingəçevir, Naftalan, Bakı, Naxçıvan və Şamaxıda keçirilib. İlk dəfə bu proqramın azad edilmiş ərazilərdə təşkili nəzərdə tutulur".

Seçilən
9
11
day.az

10Mənbələr