AZ

Əri ilə dalaşandan sonra zəhər içib...

Baş Prokurorluq Qazax rayonunun Daş Salahlı kənd sakini Aytac Əliyevanın ölümü ilə bağlı aparılmış araşdırmanın nəticələrindən narazılığını ifadə edən mərhumun atası Asif Qurbanovun media vasitəsilə yayımlanmış müraciətinə cavab verib.

Publika.az-a daxil olan məlumatda bildirilir ki, Aytac Əliyevanın cari il yanvarın 12-də intihar etməsi faktı üzrə Qazax rayon prokurorluğunda aparılan araşdırma zamanı hadisə yerinə və meyitə baxış keçirilib, zəruri ekspertizalar təyin olunub. Hadisənin birbaşa şahidləri, zərərçəkmişin valideynləri, eləcə də təcili tibbi yardım əməkdaşlarının izahatları alınıb.

Araşdırmalar nəticəsində Aytac Əliyevanın əri ilə aralarında yaranmış şəxsi münasibətlər zəminində mübahisə zamanı gəmirici əleyhinə dərman içdiyi, daha sonra bıçaqla xəsarət yetirməklə özünü öldürdüyü müəyyən edilib.

Qeyd olunan fakt həmin vaxt orada olmuş zərərçəkmişin qohumlarının, o cümlədən şahidlərinin izahatları, müvafiq ekspertiza rəyləri və digər təkzibolunmaz dəlillərlə öz təsdiqini tapıb.

Seçilən
29
22
publika.az

10Mənbələr