Azərbaycan millisi bu gün DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində D qrupunda ilk oyununa çıxacaq.
İdmanxeber.az xəbər verir ki, Fernandu Santuşun komandası səfərdə İslandiya ilə qarşılaşacaq. Reykyavikdəki “Lauqardalsvöllur” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
Qeyd edək ki, Azərbaycan millisi 2-ci turda Ukraynanı qəbul edəcək (9 sentyabr).
DÇ-2026-nın seçmə mərhələsi, 1-ci tur
5 sentyabr
D qrupu
22:45. İslandiya – Azərbaycan
Hakimlər: Sander van der Eyk, Rens Blümink, Stefan de Qroot, Mark Naqteqaal
VAR: Jerön Mansxot
AVAR: Klay Ruperti
“Lauqardalsvöllur” stadionu
22:45. Ukrayna – Fransa